İqtidar - müxalifət "dueli": Deputat Aydın Hüseynovla VİP sədri Əli Əliyevin debatı

0 Просмотры
Издатель
Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə video formatda kontaktı mövzusu gündəmdə ən çox müzakirə olunur. MQ-nun dirçəlməsi, aktivləşməsi Azərbaycanı niyə narahat edir ki? Xeyli ərazimizi işğaldan azad etmişik, möhkəmlənmişik, bölgədə liderliyimizi isbat etmişik. İndən belə hansı qurum Azərbaycana nə edə bilər?
Ziya Məmmədovla Zakir Qaralova yarım milyard dollarlıq korrupsiya ittihamı oldu, heç biri buna cavab vermədilər. Susmaq təsdiq, razılıq əlamətidir deyirlər. Bu iki sabiq məmurla bağlı hansı hüquqi ölçülər götürülməlidir? Onalrın adı keçən həmin layihə yenidən araşdırılmalıdırmı? Məmmədovla Qaralov hansı hüquqi məsuliyyət daşıyır?

Ermənistan ərazilərimizdən daha 106 cəsəd topalyıb aparıb. İlham Əliyev illər öncə deyirdi: "Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarına gəlməsin". Ölüb qalıblar, çürüyüblər. O cəsədlər Ermənistanı qarışdıra bilər.

Məcburi köçkünlərin siyahıya alınmasına başlanılıb. Ev-ev gəzib, onların ailə sayı dəqiqləşdirilir, doğma yurdlarında necə və neçə təsərrüfata sahib olacaqları bildirilir. Bəs geriyə qayıdış nə vaxtdan başlayacaq? İşğaldan azad edilən torpaqlarda bərpa prosesinə start verilib.

Qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin rəsmi dövlət dili kimi tanınması barədə qanunu imzalayıb. Ora Azərbaycan ərazisidir və bu qanunsuzluğa Azərbaycan necə cavab verəcək?

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda görüşü olacaq. Bu üçlü görüşün detalları, məqsədləri nədir?

Bu və gündəmdəki digər mövzuları iqtidar-müxalifət debatı formatında müzakirə edirik. Müzakirənin tərəfləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və YAP-çı deputat Aydın Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.
Категория
Комедии онлайн
Комментариев нет.
Яндекс.Метрика